Daha bir “Nida” üzvü istefa verib

Daha bir “Nida” üzvü istefa verib
  01 Oktyabr 2015    Oxunub:1933
“Nida” Vətəndaş Hərəkatının daha bir üzvü Şahin Novruzlu istefa verib.
AzVision.az-ın məlumatına görə, gənc özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində bu barədə yazıb.

“Bu gündən üzvü olduğum "Nida" Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. "Nida" ilə bağlı çoxlu xoş xatirələrim var və bunun belə də qalmasını istəyirəm. İstefamla bağlı bundan əlavə heç bir açıqlama olmayacaq”.

Xatırladaq ki, bir gün əvvəl hərəkatın İdarə Heyətinin üzvü Üzeyir Məmmədli və Aygün Pəncəliyeva da hərəkatdan istefa veriblər.

AzVision.az


Teqlər:



Xəbər lenti