YAP Leyla Abdullayevanı kimlə əvəz edəcək? - Müəmma
O bildirib ki, bu hələlik partiyanın gündəmində deyil: “Əgər bu məsələ müzakirə olunsa və müvafiq qərar verilsə, ictimaiyyət məlumatlandırılacaq”.
Qeyd edək ki, bu gün 1 noyabr 2015-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki komissiyalarına (DSK) təqdim edilməsi müddəti başa çatır. Bu isə o deməkdir ki, hakim partiya 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd irəli sürməyəcək.
Diqqətə çatdıraq ki, hazırda seçki dairəsində Ümid Partiyasından Həcər Abbaslı, bitərəf Etibar Məmmədov, YAP-ın üzvü, ancaq öz təşəbbüsü ilə namizədliyi irəli sürən Mirzəcan Xəlilov və ASDP-dən İslam Yusifzadənin namizədliyi qeydə alınıb.
YAP-ın seçki siyahısında yer almayan Mirzəcan Xəlilovun namizədliyinin hakim partiya tərəfindən dəstəklənəcəyi indiki durumda real görünmür. Partiya funksioneri Siyavuş Novruzov mətbuata açıqlamasında YAP-ın icazəsi oladan namizədliyini irəli sürən şəxslərin cəzalandırılacağını bildirmişdi.
Elvin Abdulqədirov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


