Abbas Abbasovun oğlu deputatlıqdan imtina etdi

Abbas Abbasovun oğlu deputatlıqdan imtina etdi
  02 Oktyabr 2015    Oxunub:1606
Daha bir deputat parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, deputat Aydın Abbasov bu barədə “facebook” hesabında yazıb:

“Son zamanlar millət vəkililiyinə namizədliyimlə bağlı çoxsaylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib suallara son qoymaq istəyirəm. 10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha milət vəkili olaraq deyil. Bildirmək istəyirəm ki, bu dəfə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcəyəm. Namizədlərin hər birinə uğurlar arzu edirəm. Seçicilərim və doğma Gəncə şəhərinin sakinləri mənə hər zaman müraciət edə bilərlər. Gəncə bizim üçün doğma və əvəzolunmazdır”.

Deputat bildirib ki, bu gün açıq şəkildə Azərbaycana qarşı ədalətsiz, ikili standartlar siyasəti yürüdülür:

“Dövlətim, millətim naminə bu siyasətə qarşı mübarizə aparacağam. Vətənə, dövlətə hörmət etmək hər birimizin borcudur. Cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə Azərbaycanımızın daha da inkişaf edəcəyinə və xalqımızın rifah içində yaşayacağına əminəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti