"Azəryolservis"dən maaşların verilməməsi xəbərinə Reaksiya

"Azəryolservis"dən maaşların verilməməsi xəbərinə Reaksiya
  05 Oktyabr 2015    Oxunub:3676
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti (ASC) işçilərin 2 aydır maaş ala bilməməsi ilə bağlı mətbuatda yazılan xəbərlərə aydınlıq gətirib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a məlumatın yalnış olduğunu bildirib.

A.Nəcəfli qeyd edib ki, maaşların verilməməsi ilə bağlı mətbautda gedən yazıda heç bir fakt göstərilməyib: “Büdcədən maliyyələşən qurum olduğumuz üçün ola bilər ki, maaşlarda 5-10 gün gecikmə olsun. Amma iki aydır maaşların verilmədiyi ilə bağlı yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir”.

Qeydə edək ki, mətbuatda yazılan məlumata görə, “Azəryolservis” ASC-nin işçilərinə iki aydır ki, maaş verilmir.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti