Bakı Olmipiya Stadionunda Azərbaycan-İtaliya qarşılaşmasına hazırlıq işləri gedir.
AzVision.az AFFA-ya istinadən xəbər verir ki, millimizin cari seçmə mərhələdə son ev oyununu keçirəcəyi Bakı Olimpiya Stadionunda qarşılaşmanın yüksək səviyyədə təşkili ilə bağlı AFFA tərəfindən kompleks işlər görülür, ot örtüyünə xüsusi diqqət yetirilir.
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, Bakı Olimpiya Stadionunda Azərbaycan və İtaliya milli komandaları qarşılaşacaq.