MSK Tənzilə Rüstəmxanlının şikayətini təmin etmədi

MSK Tənzilə Rüstəmxanlının şikayətini təmin etmədi
  05 Oktyabr 2015    Oxunub:2240
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən “Azər-Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlının MSK-ya etdiyi müraciətə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, T.Rüstəmxanlının şikayəti araşdırılıb və məlum olub ki, T.Rüstəmxanlı DSK-ya 550 imza təqdim edib, onlardan 180-ni etibarsız olub.

Bununla da MSK DSK-nın qərarını qüvvədə saxlayıb, Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti