Bakıda səfir qəzaya düşdü

Bakıda səfir qəzaya düşdü
  05 Oktyabr 2015    Oxunub:1904
Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərindən biri qəzaya düşüb.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Mərakeşin Azərbaycadakı səfiri 1957-ci il təvəllülü Hami Həsənin idarə etdiyi səfirliyə məxsus “Toyota Prado” markalı SFR 0541 nömrəli avtomobillə Bakı sakini 1980-cı il təvəllüldlü İqbal Qurbanovun idarə etdiyi “Hyundai Sonata” markalı 10 HH 232 nömrəli avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil əzilib, ağır xəsarət alan olmayıb.


Teqlər:



Xəbər lenti