Keçmiş rəis nazir müşaviri təyin edildi

Keçmiş rəis nazir müşaviri təyin edildi
  05 Oktyabr 2015    Oxunub:2987
Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Oktyabrın 1-də ləğv edilmiş Xüsusi rejimli vergi xidməti departamentinin rəisi Zaur Fətizadə nazir Fazil Məmmədovun müşaviri təyin edilib.

Nazirlikdən APA-ya faktı təsdiqləyiblər.

Xatırladaq ki, oktyabrın 1-də Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.


Teqlər:



Xəbər lenti