Bakıda “NATO Günləri” keçirilir

Bakıda “NATO Günləri” keçirilir
  06 Oktyabr 2015    Oxunub:1439
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə “NATO Günləri” tədbiri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq. Həmçinin brifinqlər təqdim edəcək və müzakirələr aparacaqlar.

Qeyd edək ki, tədbir oktyabrın 8-dək davam edəcək.


Teqlər:



Xəbər lenti