YAP-ın seçki şüarı açıqlandı - ÖZƏL

YAP-ın seçki şüarı açıqlandı - ÖZƏL
  07 Oktyabr 2015    Oxunub:10856
Hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni Hədəflərə Doğru” şüarı ilə gedəcək.

Bu barədə AzVision.az-a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bununla bağlı artıq partiyanın proqramı hazırlanıb: “Artıq Yeni Azərbaycan Partiyasının seçki proqramı bukletlər şəklində çap olunub və təbliğat-təşviqat kampaniyası müddətində seçicilərə çatdırılacaq”.

S. Novruzov həmçinin bildirib ki, YAP deputatlığa namizədlərin vahid plakatlarını hazırlayıb: “Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri üçün vahid plakatlar hazırlanıb. Namizədlər üçün hazırlanan plakatlar sadəcə üzərlərinə vurulan dairələrin nömrələri ilə fərqlənir. Biz təbliğat-təşviqat kampaniyası dövründə qanunvericiliyin verdiyi bütün üsul və vasitələrindən istifadə edəcəyik”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti