Həmsədrlər prezidentlərlə görüşmək istəyir

Həmsədrlər prezidentlərlə görüşmək istəyir
  12 Oktyabr 2015    Oxunub:1481
“İnanırıq ki, bu, münaqişәnin sona çatması üçün vacib addımdır"
ATӘT-in Minsk qrupunun hәmsәdrlәri bu ayın sonunadək regiona sәfәr etmәyi, Azərbaycan və Ermənistan prezidentlәri ilә danışıqlar aparmağı planlaşdırırlar.

Bu barәdә APA-ya Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik məlumat verib. O bildirib ki, harada vә nә zaman görüşәcәklәri iki ölkәnin prezidentindәn asılıdır: "Bu, bizim müzakirәlәrin әsas mövzusu olacaq. Onlar danışıqların intensivlәşmәsinә razılıqlarını bildiriblәr. Biz inanırıq ki, bu, münaqişәnin sona çatması üçün sülh yolu ilә hәll istiqamәtindә vacib addımdır".


Teqlər:



Xəbər lenti