`Meydan TV`nin daha bir yalanı - Rəsmi açıqlama

`Meydan TV`nin daha bir yalanı - Rəsmi açıqlama
  12 Oktyabr 2015    Oxunub:3710
Meydan.tv yalan məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, “Meydan.tv”-nin saytında “Yanğınsöndürənlər gəlmədi, ev yanıb kül oldu” başlıqlı xəbərdə oktyabrın 10-da Göygöl rayonu Çaykənd kəndində vətəndaşın evinin yanması və yanğınsöndürənlərin müdaxilə etməməsi xəbəri tam yalandır.

Bildiririk ki, həmin tarixdə baş vermiş yanğın hadisəsi və yanğının operativ olaraq söndürlməsi barədə məlumat FHN-in rəsmi saytında eyni gündə saat 20:30-da yerləşdirilib. Vətəndaşın yanan evi “Meydan.tv”-nin xəbərində iddia edildiyi kimi 60 kvadratmetr deyil, 200 kvadrat metr olmuş, 3 otaqdan 1 otaq və bitişik tikililər yanğından mühafizə olunub.


Teqlər:  



Xəbər lenti