Sabahdan gərgin büdcə müzakirəsi başlayır

Sabahdan gərgin büdcə müzakirəsi başlayır
  12 Oktyabr 2015    Oxunub:2204
Sabah 2016-cı il üzrə büdcə zərfi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
AzVision.az xəbər verir ki, büdcə zərfi oktyabrın 13-ü və 14-də Milli Məclisin plenar iclaslarında müzakirə olunacaq.

Buna qədər isə büdcə zərfi parlamentin komitələrinin müzakirəsindən keçib.

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti