Mətbuat katibi işdən çıxdı

Mətbuat katibi işdən çıxdı
  12 Oktyabr 2015    Oxunub:6021
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya azadlığı üzrə məsul şəxs, kapitan Nurəddin Heydərov tutduğu vəzifədən ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə Nurəddin Heydərov sosial şəbəkədəki səhifəsində yazıb.

“Hər son yeni bir başlanğıcdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində fəaliyyətim sona çatdı. Bu müddətdə Xidmətə media dəstəyi verən bütün həmkarlara təşəkkür edirəm. Ötən müddət mənim üçün böyük təcrübə oldu və çox dəyərli insanları tanıdım.
Həmkarlarla işimiz yeni layihədə davam edəcək” – deyə, o əlavə edib.


Teqlər:  



Xəbər lenti