Rayonlular Bakıda səs verə bilərlər? - Açıqlama
Mərkəzi Seçki Komissiyasının Katibliyinin Media və İctimai Əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli AzVision.az açıqlamasında deyib ki, prezident və bələdiyyə seçkilərindən fərqli olaraq Milli Məclisə seçkilərdə seçici qeydiyyatdan çıxma vərəqəsi ilə ölkə ərazisindəki istənilən məntəqədən səs verə bilməz.
“Milli Məclisə keçirilən seçkilərdə hər bir seçici adı hansı məntəqənin seçici siyahısında qeyd olunubsa, orada səs verə bilər. Yaxud, qeydiyyatdan çıxma vərəqəsi almaqla seçki məntəqəsinin daxil olduğu dairənin hüdudlarına daxil olan digər seçki məntəqələrində səs verə bilər. Qeydiyyatdan çıxma vərəqəsi almaq üçün seçici seçkiyə 3 gün qalmışa qədər adı hansı məntəqənin seçici siyahısında qeyd olunubsa, oradan ala bilər”, - deyə Ş. Əsədli bildirib.
MSK rəsmisi qeyd edib ki, seçici rayon qeydiyyatındadırsa və paytaxtda yaşayırsa, o heç vaxt paytaxt ərazisində yerləşən hər hansı bir məntəqədən qeydiyyatda olduğu bölgəni təmsil edəcək deputatı seçə bilməz.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


