Banklara atıb, ölkədən qaçmaq istədi

Banklara atıb, ölkədən qaçmaq istədi
  12 Oktyabr 2015    Oxunub:3421
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olan şəxsi saxlayıblar.
DSX-nin mətbuat mərkəzindən AzVision.az - a daxil olan məlumatda bildirilib ki, 11.10.2015-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılıb.

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.


Teqlər:  



Xəbər lenti