İrandan narkotik gətirənlər tutuldu

 İrandan narkotik gətirənlər tutuldu
  13 Oktyabr 2015    Oxunub:1497
İrandan Azərbaycana narkotik vasitə gətirən şəxslər saxlanıldı.
Dövlət Gömrük Komitəsindən AzVision.az - a verilən xəbərə görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rafael Qənbərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 106,9 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 7,98 qram olan narkotik vasitə - həşiş aşkar olunub.

Eyni zamanda İrandan Azərbaycana piyada gələn digər Azərbaycan vətəndaşı Valeh Bədəlovun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, təmiz çəkisi 15,519 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 37,206 qram olan narkotik vasitə - tiryək və təmiz çəkisi 6,5 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Hər iki faktla bağlı təhqiqat aparılır.


Teqlər:



Xəbər lenti