9 ayda 1621 cinayət işi açılıb
Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 44 milyon 262, 8 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.
İstintaqı tamamlanmış cinayət işlərindən 143 şəxs barəsində 115 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Nazirlikdən onu da bildiriblər ki, Departamentin İstintaq idarəsində 573 cinayət işi üzrə (2014-cü ilin eyni dövrü ilə müqayisədə 290 iş çox) ibtidai istintaq tamamlanmış, 44 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 458 cinayət işindən 390-ı üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (72 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işinə xitam verilməsi barədə qərarlar qəbul edilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilən 31 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 257 şəxsin məcburi qaydada gətirilməsi, 366 şəxsin tapılaraq istintaqa gəlmələri, 315 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


