“Çoxları namizədliyini geri götürüb” - MSK sədri

“Çoxları namizədliyini geri götürüb” - MSK sədri
  14 Oktyabr 2015    Oxunub:2077
“Oktyabrın 13-ə olan məlumata görə deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb”.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, hazırda 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb.

Seçki bülletenlərinin çapından sonra deputatlığa namizədlərin namizədliklərini geri götürməsinə gəlincə M.Pənahov deyib ki, çaşqınlıq yaranmaması üçün seçki dairə və məntəqələrində bildirişlər asılacaq: “Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstəriş vermişik”.

MSK sədri həmçinin parlament seçkilərində “Exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müaciət edən təşkilatların sayını da açıqlanıb: “ “Exit-poll” keçirmək üçün MSK-ya 4 təşkilat müraciət edib. Müraciət edənlərdən biri Fransa təşkilatıdır. Biri isə “ELS” Müstəqil Araşdırmalar Mərkəzidir”.


Teqlər:  



Xəbər lenti