Hökumətə 6 gün vaxt verildi

Hökumətə 6 gün vaxt verildi
  14 Oktyabr 2015    Oxunub:2870
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi başa çatıb.

AzVision.az -ın məlumatına görə, Milli Məclis səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib.

Spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək: “İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq”.

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  



Xəbər lenti