Parlamentin gələn il üçün xərci - 2 milyon manat

Parlamentin gələn il üçün xərci - 2 milyon manat
  14 Oktyabr 2015    Oxunub:2124
Milli Məclisin 2016- cı ildə xərclər smetası 2 milyon 745 min 955 manat təşkil edəcək.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə parlamentin 2016- cı il xərclər smetasının müzakirəsi zamanı parlamentin işlər müdiri Firudin Hacıyev deyib. O qeyd edib ki, bu 2015- ci illə müqayisədə 1 milyon 61 min 189 min manat azdır.

Şöbə müdiri bildirib ki, nəqliyyat vasitələri bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb. F. Hacıyev həmçinin sabiq deputatların bir illik əmək haqlarının ödənilməsi üçün 450 min manat ayrılmasına yardım edilməsini hökumətdən xahiş edib.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti