Nazirlik xəbərdarlıq etdi: qar yağacaq...
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru 12 dərəcəyədək isti, Bakıda isə gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru 12 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-metereoloji proqnoza gəlincə, oktyabrın 16-17-də Abşeron yarımadasında qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bundan başqa Azərbaycan ərazisində oktyabrın 18-dən havalar soyuyacaq və qar yağacaq. Belə ki, oktyabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qar, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.







Vaxtında, Aydın, Lazımlı!


