dairəsindən Milli Məclisin deputatlığına namizəd Rafael Cəbrayılov seçiciləri ilə növbəti görüşünü keçirib.
AzVision.az xəbər verir ki, 350 nəfər Şirvan seçicisinin iştirakı ilə təşkil olunmuş görüşdə Rafael Cəbrayılovu çox böyük hörmət və ehtiramla qarşıladılar. Görüş zamanı deputatlığa namizəd öz platforması haqqında məlumat verdikdən sonra, seçiciləri dinlədi.
Əsasən sosial problemlərin həlli istiqəmətində olunan müraciətləri diqqətlə dinlədikdən sonra 46 saylı seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov bildirib ki, əgər seçiciləri etimad göstərərlərsə, səlahiyyətləri çərçivəsində bütün məsələlərin həllində onlara köməklik göstərəcək. Eyni zamanda, Şirvan şəhərini Milli Məclisdə layiqincə təmsil edəcək.
Diskusiya şəraitində keçirilən görüşün sonunda Şirvan seçiciləri Rafael Cəbrayılovu dəstəklədiklərini, 1 noyabr tarixində səs verməklə sübüt edəcklərini bildiriblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


