Baş Prokurorluqdan Vidadi İsgəndərov Açıqlaması

Baş Prokurorluqdan Vidadi İsgəndərov Açıqlaması
  15 Oktyabr 2015    Oxunub:2570
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Vidadi İsgəndərov və bəzi dairələr sosial şəbəkələrdə və ayrı-ayrı kütləvi informasiya vasitələrində təqib olunması və həbs olunacağı barədə informasiyalar yayıblar.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az - a verilən xəbərə görə, Baş Prokurorluq həmin məlumatları qəti şəkildə təkzib edir.

Həmin məlumatların heç bir hüquqi əsası yoxdur, V.İsgəndərov barəsində hüquq mühafizə orqanlarında hər hansı cinayət təqibi həyata keçirilmir və onun toxunulmazlığı qanunla qorunur.


Teqlər:  



Xəbər lenti