`Kimsə mollalıq etməsin` - YAP-dan reaksiya
S.Novruzov vurgulayıb ki, Prezident kimi istəsə vəzifəyə həm təyin edir, həm də vəzifədən azad edir: "Lakin Milli Məclisin üzvlərindən bəziləri bu məsələyə qoşulub fikir bildirir. Prezident kimi nə vaxt istəsə vəzifəyə təyin edir, yaxud nə vaxt işdən azad edir özü bilir. Ona görə də heç kim Prezidentin səlahiyyətlərinə qarışmasın. Kimsə mollalıq, münəccimlik etməsin".
E.Mahmudov milli təhlükəsizlik naziri olduğu dövrdə necə işləməsinə gəlincə, YAP icra katibinin müavini deyib: "Mən əlavə heç nə deyə bilmərəm. Mən Prezidentimin bildiyindən artıq heç nə bilmirəm. Hər şeyi bilən cənab Prezidentdi".
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Əhməd oğlu Mahmudovun Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. E.Mahmudov 2004-cü ildə nazir təyin olunmuşdu.







Vaxtında, Aydın, Lazımlı!


