Əliyevlə Sarkisyan görüşəcəkmi? - Nazirdən açıqlama

Əliyevlə Sarkisyan görüşəcəkmi? - Nazirdən açıqlama
  20 Oktyabr 2015    Oxunub:2330
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər edəcəkləri tarix məlum olub.
AzVision.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ATƏT-in Minsk qrupu həmsədrləri gələn həftə regiona səfər edəcəklər.

Onun sözlərinə görə, oktyabrın 26-da vasitəçilər Yerevana gələcəklər, oktyabrın 28-də isə Bakıda görüşlər keçirəcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə jurnalistlərin sualını cavablandıran xarici işlər naziri bu məsələ ilə bağlı tələsməməyə çağırıb və bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüş zamanı məsələnin müzakirə olduğunu xatırladıb.


Teqlər:  



Xəbər lenti