`Bu qurum Nəqliyyat Nazirliyindən alınıb, DİN-ə verilsin...`

`Bu qurum Nəqliyyat Nazirliyindən alınıb, DİN-ə verilsin...`
  20 Oktyabr 2015    Oxunub:3722
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunur.

AzVision.az xəbər verir ki, belə bir təkliflə parlamentin bu gün keçirilən son iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

Komitə sədri bildirib ki, bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: “Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti