MTN başçısının səlahiyyətlərinin icraçısı təyin olundu - SƏRƏNCAM

MTN başçısının səlahiyyətlərinin icraçısı təyin olundu - SƏRƏNCAM
  20 Oktyabr 2015    Oxunub:12592
Azərbaycan Prezidenti İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, sərəncamda deyilir:

`Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin`.

Qeyd edək ki, Mədət Quliyev həm də milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edəcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti