Hansı təşkilatlar “exit-poll” keçirəcək?

Hansı təşkilatlar “exit-poll” keçirəcək?
  20 Oktyabr 2015    Oxunub:2276
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az -ın məlumatına görə, iclasda noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərində “Exit-poll” keçirmək niyyətində olan qurumların MSK-ya edilən müraciətlərinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, artıq Azərbaycanda bir neçə seçkidə “exit-poll” keçirilib. O bildirib ki, bununla bağlı ölkədə strukturlaşmış qurumlar var.
N.Məmmədov qeyd edib ki, müraciət edənlər ELS Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasıdır.

MSK sədrinin müavini vurğulayıb ki, müraciət edən təşkilatların kifayət qədər təcrübəsi var: “Hər qurumun özünün hədləri var. Məsələn, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi 18 dairədə, 210 seçki məntəqəsində, ELS Müstəqil Araşdırmalar Mərkəzi isə 110 seçki dairəsinin 180 seçki məntəqəsi üzrə exit-poll keçirəcək”.

Müraciətlər səs verməyə çıxarılaraq qəbul edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti