Oktyabrın 9-dan start verilən bu görüşlərin davamı olaraq Ç.Qənizadə İmişli rayonunun Qızılkənd, Ağamalılar, Məmmədli, Əliyetməzli, Allahmədətli, Telişli, Əliqulular kəndlərində və Beyləqanın İkinci Şahsevən, Qaradağlı, Yuxarı Çəmənli, Aşağı Çəmənli kəndlərində seçiciləri ilə görüşüb.
Yüksək əhval-ruhiyyədə keçən görüşlərdə minlərlə seçici iştirak edib. Seçicilər millət vəkilinin ötən 5 ildə onların etimadını doğrultduğunu, Ç.Qənizadəyə ünvanladıqları hər bir müraciətə deputatın xüsusi həssaslıqla yanaşdığını, üzləşdikləri problemlərin həlli istiqamətində əlindən gələni əsirgəmədiyini vurğulamış və Çingiz Qənizadəyə yenidən səs verəcəklərini bildirmişlər.
Onu da qeyd edək ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd “Həqiqət və Reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev namizədliyini Çingiz Qənizadənin xeyrinə geri götürüb.
Ç.Qənizadənin seçicilərlə görüşləri davam edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


