1000 məntəqəyə veb-kamera quraşdırılıb
Onun sözlərinə görə, seçki məntəqələrində səsverməni internet vasitəsilə izləmək mümkün olacaq: “İnternet vasitəsilə MSK-nın saytına daxil olmaqla seçkini izləmək olar. Əvvəllər hər hansı proqramların yüklənməsi lazım idisə, indi buna ehtiyac olmayaq. 124 seçki dairəsini əhatə edən veb-kameralar seçki məntəqələrinin 20 faizini təşkil edir, bu da 1000 məntəqə deməkdir. Veb-kameralar quraşdırılan məntəqələrdən informasiyasının ötürülməsi üçün yüksək parametrli xəttlərin ayrılması ilə şəbəkə yaradılıb”.
İ.Məmmədov qeyd edib ki, 5415 məntəqədə telefonlaşma işi yekunlaşdırılıb.
“Dünyanın bir çox ölkələrində belə sistemə rast gəlmək olmaz. Azərbaycanda isə bu şərait yaradılıb. Yəni, ölkəyə gəlmədən də seçkini izləmək olar” - deyən Yüksək Texnologiyalar naziri Əli Abbasov isə bildirib ki, seçki ilə bağlı bu cür işlərin görülməsi təqdirəlayiq haldır: “Kiberhücumlardan qorunmaq üçün də bizim təcrübəmiz var. Bu sistemə müdaxilə olsa da, dəf olunacaq. Xarici portnyorlarımız var, lazım olarsa, onlara da müraciət olunacaq. Kiber hücumlardan qorunmaq üçün 3 qat ehtiyatlanma sistemi qurulub”.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


