Valideynləri Günel Mövluddan imtina etdi

Valideynləri Günel Mövluddan imtina etdi
  22 Oktyabr 2015    Oxunub:5707
“Qızım Meydan TV-dən imtina etmirsə, mən ondan imtina edirəm”.
AzVision.az xəbər verir ki, bunu `BBC azərbaycanca`-ya jurnalist-yazar Günel Mövludun anası Şövkət Şəfiyeva deyib.

“1993-cü ildən Cəbrayıldan çıxandan sonra imkansızlığa görə oğlanlarımı oxutdura bilmədim. Ona görə indi fəhləlik edib ailələrini dolandırılar. Onların narkotika ilə işləri ola bilməz”, - o qeyd edib.

Şəfiyeva hələ də oğlanları ilə görüşə bilmədiklərini də qeyd edib.

Günel Mövlud qardaşlarının həbsini Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirib, amma o, bu fəaliyyətini dayandırmayacağını bildirib.

Qeyd edək ki, yazarın atası daha öncə qızından imtina etməyəcəyini desə də, artıq bu məsələdə Şövkət xanıma qoşulduğunu vurğulayıb.

Xatırladaq ki, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində saxlanılıblar.

Nazirliyin məlumatına görə, baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Onlar 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

AzVision.az


Teqlər:  



Xəbər lenti