Şirvanlılar Rafael Cəbrayılova dəstək olacaq -Fotolar
22 Oktyabr 2015
Oxunub:1661
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir.
AzVision.az xəbər verir ki, deputatlığa namizəd Rafael Cəbrayılova müvafiq olaraq M.Ə.Rəsulzadə küçəsi 3,7,9, 20 yanvar küçəsi 1 və 2 saylı binanın və T.İsmayılov küçəsinin sakinləri ilə görüşüb. Görüşdə Rafael Cəbrayılov seçiciləri səmimi salamlayaraq , hər kəsi 1 noyabrda seçkilərə dəvət etdi.
Rafael Cəbrayılova olan hörmət və ehtiamlarını bildirən Şirvan sakinləri, Şirvanlı olaraq onunla fəxr etdiklərini qeyd etdilər. Hər zaman etdiyi çıxışlarala xalqa-millətə dəstək olan Rafael Cəbrayılova 1 noyabr Milli Məclis seçkilərində bütün Şirvanlıların dəstək olacaqlarını bildirdilər.