Gələcəyi quran qurum

Gələcəyi quran qurum
  22 Oktyabr 2015    Oxunub:6237
Tural İsmayılov

Fəlsəfənin çox sevdiyi nüansların önündə praqmatizm dayanır. Həm də fəlsəfənin güclü mənimsənilməsi və idarəetmədə savadlı, analitik təfəkkürlü şəxsiyyətətin təmsil olunması xalqların tarixində və şüurunda mühüm dəyişikliklərə səbəb olur.


Mövlanə demiş, həyatını öz millətinin inkişafında nizamlayanlar aləmlərin nur parçalarıdır. Daha rasional yanaşanda danimarkalı filosof Kierkeqorun məntiqi qalib gəlir. İnsanlar həm də ona görə nələrsə etməyə çalmalıdır ki, tarix onları minnətdarlıqla xatırlaya bilsin.

Bizim üçün bu kontekstdə yaşadığımız dünyanın gerçəklikləri qəddardır. Əvvəlki dövrlərdən fərqli olaraq, indi daha səbrsiz və əsəbi bir nəsili təmsil edirik.

Savaşlar girdabında qalan ətraf aləmin qovğaları, mediadan hər gün qulağımızın dibini kəsdirən qara xəbərlər, Suriyada tökülən qanlar, dünyanı dədə malı kimi qəsb edən böyük güclərin qarşısında öz dövlətçiliyini möhkəmləndirməyə çalışan ölkələr fonunda ümidlərlə azğınlığın mübarizəsi gedir.

Məhz belə çətin durumlarda ölkələrin rəhbərlikləri ən uyğun addımları atıb, vətəndaş etimadı qazanmağa çalışırlar. Vill Smitin məşhur “İ am legend” filmində dünya insanlığının elə bil indiki halı təsvir olunub. Qalib sona qalıb bütün insanlığı xilas etmək istəyəndir. Ümidin təntənəsi də elə qalibin adından törəyir.

Siyasi iradənin və əzmin nümunəsi olan Asan xidmət bu gün Azərbaycan üçün həm də ümidin adıdır. Birbaşa Cənab Prezidentin göstərişi ilə yaradılan və bu gün də səlahiyyətləri genişləndirilən ASAN xidmət hər şeyilə örnək olmağı bacarır. Elə buna görə də dünyanın bir çox ölkələri Asan modelini öyrənmək üçün ölkəmizə səfərlər edir. Get-gedə Asan xidmətin ünü ətraf coğrafiyalarda da yayılır.

ASAN xidmət Azərbaycan məhsulu, Azərbaycan ixtirası və Azərbaycan brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur. Vətəndaş məmnunluğu üçün burada maksimum səy göstərilir. Bir çox işgüzar xarakterli romanlarda oxuduğumuz iş prinsipinin real həyatdakı canlı örnəyidir ASAN xidmət.

Hər dəfə hansısa ASAN xidmət mərkəzlərinə gedəndə tamam ayrı bir auraya düşürsən və adamı fərəhləndirən də ASAN xidmətin məhz bizim inkişaf edən, çətin geopolitik məcrada yerləşən Azərbaycanımızda mövcud olmasıdır.

ASAN xidmətə qədər mərhələli prosedurların, məmur süründürməçiliyinin çətinliklərindən çox bəhs olunub. Ona görə də bu xidmətin sırf mənəvi təsirini köşəmdə canlandırmaq istədim. Ötən il ali təhsil diplomumun həm tərcüməsi, həm də notarial təsdiqi üçün ASAN xidmətdə oldum. Kollektivin fəallığı, vətəndaşın müraciətinə hədsiz qayğısı, zamanında lazım olanın vətəndaşa ötürülməsini gördükcə oradakı işçilərin fərqliliyinə modelin özünün diqtəsi və insanların işinə bağlılığı kimi yanaşdım.

Patrik Züskind əsərləri haqqında çıxışlarında sevdiyi ifadəni tez-tez işlədirdi: “Məndən tələb olunan məni yetişdirir”. ASAN xidmətin məsuliyyəti də bunun əyanı misalıdır.

Bölgələrdə yeni açılan mərkəzlər, səyyar ASAN xidmət avtobusları, ASAN-a könül vermiş gənclər ətrafdakıların marağına səbəb olmaqla yetinmir, hər şeyin daha yaxşı olacağını bəyan edir.

Bu ölkədə istənilən məmurun məsuliyyətli olacağı təqdirdə necə mükəmməlliklər yarana biləcəyinin praktikasıdır ASAN xidmət.

Vətəndaş olaraq bizə tək bir cümlə demək qalır: “Təşəkkürlər, ASAN. Sən gələcəyin vətəndaşları üçün mayaksan”.


Teqlər:  



Xəbər lenti