Yol polisi taksilərə xəbərdarlıq etdi

Yol polisi taksilərə xəbərdarlıq etdi
  22 Oktyabr 2015    Oxunub:2134
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib.
İdarənin mətbuat xidmətindən AzVision.az - a verilən məlumatda deyilir: "Bakı şəhər sakinlərinin avtonəqliyyat vasitələrindən rahat istifadə etmələri və yollarda sıxlığın aradan qaldırılması məqsədi ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi respublikanın bölgələrindən “taksi” xidmətinin fəaliyyətindən istifadə etməklə Bakı şəhərinə gələn vətəndaşların diqqətinə çatdırır ki, Bakı-Astara yolunun 14-cü km-də və Bakı-Quba yolunun Xırdalan şəhərinin girəcəyində (“Riyad” ticarət mərkəzinin yaxınlığında) yerləşən avtodayanacaqlara qədər həmin nəqliyyat vasitələri ilə gələrək, oradan şəhərə qədər ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər".

Eləcə də respublikamızın bölgələrinə gedən vətəndaşların da nəzərdə tutulan dayanacaqlardan “taksi” xidmətindən istifadə etməklə yollarına davam etdirmələri tövsiyyə olunur.


Teqlər:  



Xəbər lenti