Dayanacaqlardakı monitorlar yenilənir

Dayanacaqlardakı monitorlar yenilənir
  22 Oktyabr 2015    Oxunub:1675
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi dayanacaqlardakı avtobus informasiya terminallarında avtobusların real vaxtda çatma vaxtlarının əks olunması istiqamətində işlər aparır.
AzVision.az NİİM-in səhifəsinə istinadən xəbər verir ki, avtobuslarda yeni quraşdırılan izləmə cihazı vasitəsi ilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Hazırda bununla bağlı test işləri aparılmaqdadır.

Sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq. Çox yaxın müddətdə bütün dayanacaqlardakı monitorlarda avtobusun çatma vaxtı haqda dəqiq məlumatlar yerləşdiriləcək. Bu xüsusi proqramın mobil versiyası üzərində də işlər aparılır və yaxın gələcəkdə istifadə veriləcək.


Teqlər:



Xəbər lenti