Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir- Fotolar

Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir- Fotolar
  23 Oktyabr 2015    Oxunub:2614
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov Şirvanda seçiciləri ilə görüşlərini davam etdirir.
AzVision.az xəbər verir ki, əsasən seçicilərin təklifi ilə müəyyənləşdirilən görüş qrafikinə uyğun olaraq
namizəd Şirvan şəhər, Bayramlı qəsəbəsi sakinləri ilə görüşüb. Havanın yağışlı və soyuq olmasına baxmayaraq , seçicilərin Rafael Cəbrayılova olan hörmətini kütləvi şəkildə namizədlə görüşədə iştirak etməklə bildirdilər.



Namizəd seçicilərlə görüşdən məmnunluğunu bildirərək, təbliğat kompaniyasında aktiv iştirak etdikləri üçün bütün seçicilərə təşəkkür etdi. Qeyd etdi ki, bu fəaalığı 1 noyabr tarixində də nümayiş etdirərək , layiqli namizədin Şirvanı təmsil etməsinə dəstək olmaq lazımdır. Çıxış edən sakinlər təbliğat kompaniyası çərçivəsində Rafael Cəbrayılovun Şirvan şəhərinin bütün küçə və qəsəbələrində sakinlərlə görüşlərinin təşkil olunmasını yüksək qiymətləndirdilər. Hər zaman xalqın yanında olan namizədə dəstək olduqlarını və 1 noyabrda səs verməklə Rafael Cəbrayılovun Şirvanda rəqibsiz namizəd olduğunu sübüt edəcəklərini bildirdilər.



P.S. Rafael Cəbrayılovun növbəti görüşü 23.10.2015-ci il saat 12:00 –da “Şirvan” kinoteatrında olacaq. Şirvan şəhərindən olan digər namizədlər də həmin görüşə dəvətlidirlər.

Əlaqə telefonu : 055 207 25 15

AzVision.az





Teqlər:  



Xəbər lenti