MTN-nin daha bir polkovniki həbs olundu

MTN-nin daha bir polkovniki həbs olundu
  24 Oktyabr 2015    Oxunub:4463
Bir neçə saat əvvəl Baş Prokurorluğa çağırılan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Azər Mehdiyev həbs olunub.
AzVision.az xəbər verir ki, bu haqda musavat.com məlumat yayıb. Saytın yazdığına görə, polkovnik sahibkarlardan xərac toplamaqda suçlu bilinir. Səbail Rayon Məhkəməsinə aparılan A.Mehdiyevin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

A.Mehdiyevə verilən ittiham üzrə epizodlardan biri iş adamı Maqsud Mahmudovun şantaj olunaraq 250 min manat alınması ilə bağlıdır.

M.Mahmudov müsahibəsində MTN-ə aparılması, orada hansı üsullarla şantaj edilməsinin təfərrüatlarını açıqlayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti