Rafael Cəbrayılov görüşlərini davam etdirir- Foto

Rafael Cəbrayılov görüşlərini davam etdirir- Foto
  26 Oktyabr 2015    Oxunub:1380
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov görüşlərini davam etdirir.
Seçki qərərgahının qrafikinə uyğun olaraq namizəd növbəti dəfə seçicilərlə görüşüb. Analoji olaraq Naxçıvan və T. Əhmədov küçəsinin sakinləri ilə görüşüb.

Rafael Cəbrayılov seçicilərlə səmimi görüşdükdən sonra sakinləri dinlədi. Nəriman Ağaməmmədov çıxış edərək Rafael Cəbrayılova qəsəbə sakinlərinin dəstək olduqlarını bildirdilər. Əsasən Şirvan kanal üzərindən piyada keçidinin zədəli olması və sosial məsələlərlə bağlı müraciətlər olunub. Çıxış edən digər seçicilər də Rafael Cəbrayılovun müsbət işlərindən danışaraq, 1 noyabr tarixində ona səs verəcəklərini bildirdilər.

Rafael Cəbrayılov bütün seçicilərə minnətdarlıq edərək, seçki haqqında məlumat verdi. Qeyd etdi ki, seçki prosesinin vacibliyini diqqətdə saxlayaraq 1 noyabr tarixində hər kəs seçkidə iştirak etməlidir.

Şirvan şəhərinin 5 illik deputatının seçilməsində iştirak etmək, növbəti 5 ildə şəhərin tale yüklü məsələsinə töhvə vermək bütün şirvanlıların mənəvi borcudur.

Rafael Cəbrayılov bildirdi ki, etimad göstərib səs verdiyiniz halda deputat səlahiyyətlərim çərçivəsində Şirvan şəhərinin problemərinin həlli istiqamətində fəaliyyət göstərəcəyəm.

Namizədə uğurlar arzulayan seçicilər, Rafael Cəbrayılova dəstək olacaqlarını bildirdilər.


Teqlər:



Xəbər lenti