Güclü yağış yağacaq
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 27-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.







Vaxtında, Aydın, Lazımlı!


