Cahangir Zeynalovun 150 illiyi qeyd olunacaq
Tədbirlər planında C. Zeynalovun Akademik Milli Dram Teatrında yubiley tədbirinin keçirilməsi də nəzərdə tutulub. Yubiley mərasimi çərçivəsində “Cahangirdən Cahangirə” adlı bədii layihə üzərində iş aparılıb.
Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında tamaşa hazırlanıb.
Səhnə əsərinin baş rolunda C. Novruzov özü çıxış edəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


