Prezident həmkarını təbrik edib

Prezident həmkarını təbrik edib
  26 Oktyabr 2015    Oxunub:1326
Azərbaycan prezidenti İlham Əliyev türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

AzVision.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələri, ikitərəfli əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah arzulayıram”.


Teqlər:  



Xəbər lenti