TQDK SAT imtahanı keçirəcək

TQDK SAT imtahanı keçirəcək
  26 Oktyabr 2015    Oxunub:1678
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 5-də növbəti SAT imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən AzVision.az- a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat onlayn qaydada aparılır. Bildirilib ki, qeydiyyat noyabrın 6-ı saat 09.00-a qədər davam edəcək.

SAT imtahanına qurumun saytına daxil olaraq qeydiyyatdan keçmək mümkündür.

Bildirilib ki, imtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq).

İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.


Teqlər:



Xəbər lenti