“Report” 1 yaşında
Bununla yanaşı, “Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiq edib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.
AzVision.az kollektivi adından həmkarlarımızı təbrik edirik.







Vaxtında, Aydın, Lazımlı!


