Leyla Əliyeva Rori Murla görüşdü
Rori Mur öz növbəsində Azərbaycanın ənənəvi olaraq, zəngin balıq ehtiyatları ilə məşhur olduğunu və bu səbəbdən ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli potensialın olduğunu qeyd edib. Britaniyalı mütəxəssis bildirib ki, hazırkı səfəri çərçivəsində Xəzər dənizi və daxili sulardakı balıq ehtiyatları, eləcə də ölkəmizin balıq sənayesindəki vəziyyəti təhlil edəcək və bununla bağlı ətraflı hesabat tərtib edərək, IDEA İctimai Birliyinə təqdim edəcək. Hesabatda, həmçinin Xəzərin biomüxtəlifliyinin bərpası üzrə tövsiyələr də əks olunacaq. Rori Mur vəziyyətin yaxşılaşdırılması üçün müasir texnologiyaların tətbiqi və elmi metodlardan istifadə etməyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilmişdir. Fondun missiyası 2020-ci ilə qədər qoruqlar yaratmaqla, okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.
Qeyd olunub ki, “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin fevral ayında IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti əsasında Azərbaycana səfər edib. Səfər zamanı Xəzər dənizində ekoloji vəziyyəti müzakirə edilib və “Mavi Dəniz Fondu”nun aparıcı mütəxəssislərinin Xəzərin faunasının bərpasına cəlb olunması barədə razılıq əldə olunub.







Vaxtında, Aydın, Lazımlı!


