Qaxda yaşlı qadını vəhşicəsinə döydülər - Video

Qaxda yaşlı qadını vəhşicəsinə döydülər - Video
  27 Oktyabr 2015    Oxunub:2450
Qaxın Baydarlı kəndində qonşular arasında kütləvi dava düşüb.
AzVision.az Region TV-yə istinadən xəbər verir ki, hadisədə yaşlı qadın xəsarət alıb. Kənd sakini 52 yaşlı Kifayət Əhməd qızı Bəbəşova qonşuları tərəfindən döyülüb.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Kifayət Bəbəşova baş və bədəninin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb, hazırda vəziyyəti orta-ağırdır.

Hadisə şahidlərinin məlumatına görə, qonşular arasında mübahisə kəndin yollarına tökülən çınqıl üstündə baş verib. Faktla bağlı araşdırma aparılır.




Teqlər:  



Xəbər lenti