MSK sədri avstraliyalı müşahidəçilərlə görüşdü
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Luke Simpkins və Avstraliya Parlamentinin üzvləri Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və bu il ölkəmizdə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar. Qonaqların suallarını cavablandıran MSK sədri M.Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Sonra parlamentarilər Milli Məclisə seçkilərlə bağlı MSK-nın fəaliyyəti və müxtəlif layihələrlə bağlı son hazırlıq işləri ilə yaxından tanış olublar.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


