`İsa Qəmbər qaçıb evdə gizlənmişdi`- Siyavuş Novruzov
S.Novruzov vurğulayıb ki, Müsavat Partiyası çoxdan özünün radikal baxışları ilə cəmiyyətdə nüfuzdan düşüb: “Heç bir potensialları olmadığı halda seçki prosesində iştirak edirdilər və gözləyirdilər ki, hansısa möcüzə baş verəcək. Möcüzə artıq olmur, möcüzələr 90-cı illərdə qaldı. Ayaz Mütəllibovun siyahısı ilə parlamentə seçilmişdilər. Hazırda vəziyyət tamam fərqlidir. Artıq xalq seçkilərdə kimə səs verəcəyini özü müəyyənləşdirir. Azərbaycanda azad, demokratik seçkilər keçirilir. Seçicilər kimi istəyirlərsə, ona da səs verirlər. Müsavat nüfuzunu itirdiyini, Azərbaycanın siyasi həyatında hər hansı rolu olmayan bir qüvvəyə çevrildiyini anladığından seçkilərdən imtina ilə bağlı qərar qəbul edib”.
Qeyd edək ki, ötən gün Müsavat Partiyası 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərdən imtina etmək barədə qərar qəbul edib.
Elvin Abdulqədirov
Teqlər: