
İcra Başçısının növbəti qəbulu da yüksək və nikbin əhval-ruhiyyədə keçib. Öncə yenə də şəhid ailələri və imtiyazlı ailələrin nümayəndələri öz sözlərini deyiblər. Allahverdi Nağıyev, Saləddin Qasımov, Füzuli Hüseynov və başqaları onları narahat edən məsələlər barədə fikirlərini bildiriblər. Raya Mahmudova, Rahilə Ələsgərova, Cəmşid Namazov, Nigar Qazıyeva, Zemfra Quliyeva, Sədaqət Xəlilova problemlərinin yerindəcə həll olunduğu üçün razılıqlarını ifadə ediblər.

Vətəndaşların qəbulunda şəhərimizdə gedən abadlıq, quruculuq, insanların güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə minnətdarlıqlar ifadə olunub. Sahibkarlıq, mənzil, torpaqla təminat, məşğulluq, kommunal məsələlərlə bağlı fikirlər səslənib. İcra Başçısı Elmar Vəliyev qaldırılan problemlərin qısa vaxt ərzində həll olunması üçün müvafiq təşkilatlara tapşırıqlar verib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


