Bakıda yağış, rayonlara qar yağacaq

Bakıda yağış, rayonlara qar yağacaq
  30 Oktyabr 2015    Oxunub:2310
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a verilən məlumata görə, oktyabrın 31-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-10, gündüz 11-13, dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 31-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 10-13, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Oktyabrın 31-i axşamdan noyabrın 1-i gündüzədək Abşeron yarımadasında Xəzri küləyinin güclənməsi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Teqlər:  



Xəbər lenti